Tez-tez Verilən Suallar (FAQ)

Ümumi Suallar

"UniversiTest" nədir?

UniversiTest, müəllimlər və təhsil müəssisələri üçün testlər yaratmağa, canlı (nəzarətli) imtahanlar keçirməyə və nəticələri dərhal görməyə kömək edən imtahan platformasıdır.

Platformadan istifadə etmək üçün proqram yükləməliyəm?

Xeyr, UniversiTest tamamilə veb-əsaslıdır. Sizə lazım olan tək şey internetə çıxışı olan bir cihaz və müasir bir veb-brauzerdir (Chrome, Firefox, Safari və s.).

Müəllimlər üçün

İmtahanı necə yarada bilərəm?

Hesabınıza daxil olduqdan sonra "İdarəetmə Paneli"ndəki "Yeni Test Yarat" düyməsini sıxın. Burada testin adını, bu test əsasında keçiriləcək imtahanın müddətini daxil edə bilərsiniz. "Test yarat və suallar əlavə et" düyməsini basaraq test suallarınızı əlavə etməyə başlaya bilərsiniz.

Yaratdığım imtahanı tələbələrlə necə paylaşa bilərəm?

Testiniz hazır olduqda "İdarəetmə Paneli"ndə həmin testə aid olan "İmtahanı başlat" düyməsini basın. Bu zaman həmin imtahan sessiyasına aid "Sessiya Tənzimləmələri" səhifəsi açılacaq. Burada "Canlı sessiyanı başlat" düyməsini basdıqda platforma sizin üçün biristifadəlik unikal 6 rəqəmli bir kod generasiya edəcək. Bu kodu tələbələrinizlə paylaşmağınız kifayətdir. Onlar UniversiTest-in Tələbə Portalındakı "İmtahan qoşul" bölməsinə kodu daxil edərək imtahana qoşula bilərlər.

Tələbələr (İştirakçılar) üçün

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçməliyəm?

Xeyr, tələbələrin qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Sizə sadəcə müəlliminiz tərəfindən verilən imtahan kodu və öz ad-soyadınız lazımdır.

İmtahan zamanı internet bağlantım kəsilsə nə olar?

Platformamız cavablarınızı avtomatik yadda saxlayır. İnternet kəsilsə belə siz imtahana davam edə bilərsiniz. İnternet bağlantınız bərpa olunduqda cavablarınız sinxronlaşdırılır.

Hesab və Ödənişlər

Pulsuz planla Premium plan arasında nə fərq var?

Pulsuz plan platformanın əsas funksiyalarını sınaqdan keçirmək üçün nəzərdə tutulub. Premium planlar isə daha çox imtahan yaratmaq, daha çox iştirakçı qəbul etmək və Süni İntellekt assistenti kimi əlavə alətlər təqdim edir. Bütün fərqləri ətraflı şəkildə Qiymətlər səhifəmizdə görə bilərsiniz.

Ödəniş etdikdən sonra fikrimi dəyişsəm, pulumu geri ala bilərəm?

Bəli, ilk dəfə alış edən istifadəçilər üçün 14 günlük geri qaytarma zəmanətimiz var. Ətraflı məlumat üçün Geri Qaytarma Siyasətimizlə tanış olun.

AI kreditləri nədir və necə işləyir? (Premium+ üçün)

AI kreditləri, Premium+ planında təqdim olunan xüsusi bir resursdur. Bu kreditlərdən istifadə edərək Süni İntellekt assistentimizə avtomatik olaraq suallar və ya imtahan mövzuları hazırlatdıra bilərsiniz. Hər bir sorğu müəyyən miqdarda kredit istifadə edir.