UniversiTest

UniversiTest - Yardım və Təlimatlar

1. Yeni Test necə yaradılır?

Test yaratmaq üçün İdarəetmə Panelində "+ Yeni Test Yaradın" düyməsini basın. Açılan səhifədə "Testin adı" qutucuğunda testinizə keçirəcəyiniz imtahanın mövzusuna uyğun bir ad verin (məsələn, Karbon birləşmələri). "Ümumi İmtahan Müddəti (Dəqiqə)" hissəsində bu test əsasında keçirəcəyiniz imtahanın müddətini daxil edin. Əgər imtahanda dinləmə sualı olacaqsa, "Sualda audio olacaq" bölməsini aktiv edin. "Test yarat və suallar əlavə et" düyməsini basdıqda proqram tərəfindən boş test yaradılacaq. Bu testə suallarınızı əlavə etdikdən sonra İdarəetmə Panelindən bu test əsasında imtahan başlada bilərsiniz. Bu videoda siz sistemdə yeni bir imtahanın yaradılması, adın təyin edilməsi və əsas tənzimləmələr barədə məlumat alacaqsınız. Video link

2. Sualların əlavə edilməsi

Test yaratdıqdan sonra artıq İdarəetmə Panelinizdə olan boş testə suallar əlavə edə bilərsiniz. Bunun üçün "Suallar" düyməsini basmaq və ya testin adına klikləmək lazımdır. Bu zaman testin içinə daxil oluruq. "Yeni sual əlavə edin" başlığının altında olan sual qutucuğuna sualın mətnini daxil edin. Sualınıza şəkil əlavə edə bilərsiniz. Bunu kompüterinizdən yükləməklə və ya bufer yaddaşdan yapışdırmaqla edə bilərsiniz. Testlərə müxtəlif formatlı (çoxseçimli, açıq tipli və s.) suallar əlavə edə bilərsiniz. Hər suala uyğun bal təyin edə bilərsiniz. Bu, imtahan zamanı suala doğru cavab verən tələbələrin ballarına əlavə olunur. Cavab variantlarını yazdıqda doğru variantın hansı olduğunu proqrama bildirmək üçün həmin cavabın qarşısındakı işarəni qeyd edin. Sonda "Sualı əlavə et" düyməsini basın.

3. İmtahan sessiyasını necə başlatmalı?

Testinizə sualları əlavə etdikdən sonra Əsas səhifəyə (İdarəetmə Panelinə) qayıdın. Artıq testinizdə sual olduğu üçün onun qarşısında yaşıl ox işarəsi yaranacaq. Bu, "İmtahanı başlat" düyməsidir. Bu düyməyə basdıqda Sessiya Tənzimləmələri səhifəsi açılacaq. Bu səhifədə bu imtahan sessiyası üçün parametrləri tənzimləyə bilərsiniz. Sonda "Canlı Sessiyanı Başlat" düyməsini basaraq tələbələrlə canlı - nəzarətli imtahan keçirə bilərsiniz.

4. Canlı (Nəzarətli) imtahanın idarə edilməsi

Canlı sessiya başlatdıqda proqram 6 simvollu unikal kod yaradır. Bu kod həmin sessiya üçün yaradılır. Kodu tələbələrinizlə paylaşın. Onlar öz giriş səhifələrində bu kodu daxil etdikdə sizin imtahana qoşulacaqlar. Tələbələr imtahana qoşulduqdan sonra siz İmtahanı Başlat düyməsini basmaqla sualları tələbələrin cihazlarında göstərmiş olursunuz və onlar sualları cavablandırmağa başlayırlar. İmtahan zamanı tələbələrə real vaxt rejimində nəzarət, onların ekran fəaliyyəti və imtahanın idarə olunması Sessiya Panelində yerinə yetirilir.

5. İmtahan nəticələri və analiz

İmtahan bitdikdən sonra nəticələrin yoxlanılması, statistik göstəricilər və tələbə fəaliyyətinin analizi üçün əvvəlcə İmtahan Tarixçəsi bölməsinə daxil olmaq lazımdır. Burada siyahıdan istədiyiniz imtahan sessiyasını seçib ətraflı hesabata baxa bilərsiniz. Burada sual-sual analiz və fərdi imtahan göstəriciləri olur. Hesabatları çap edə və ya Excel formatında kompüterinizə yükləyə bilərsiniz.